ABŞ
Ağ Ev Maduroya “yaşıl işıq” yandırdı - Azərbaycan, Türkiyə...
ABŞ Administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun təhlükəsiz keçid imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri daxili mənbələrə istinadla məlumat yayıb.
Onların fikrincə, ABŞ Prezidenti Donald Trampın köməkçiləri Maduronun uğurla devriləcəyi təqdirdə Venesuela lideri və onun etibarlı adamlarının başqa ölkəyə təhlükəsiz keçməsinə icazə verəcəklər. Türkiyə, Rusiya, Azərbaycan və Kuba da nəzərdən keçirilən ölkələr sırasındadır.
Bundan əlavə, Vaşinqton Maduronun həbs edilməsi və daha sonra ABŞ-da məhkəmə qarşısına çıxarılması imkanlarını nəzərdən keçirir.
Nəşrin mənbələri qeyd edib ki, Ağ Evin Venesuela müxalifəti ilə təmasları onun ölkənin gələcəyi ilə bağlı ciddi müzakirələrə cəlb olunması demək deyil.
Noyabrın 16-da bildirilib ki, Vaşinqton lazım gələrsə, Venesuelaya quru qoşunlarını yerləşdirməyə hazırdır.
Hüseyn İbadlı
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































