ABŞ
Tramp Maduroya daha bir şans verir
"ABŞ hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro ilə danışıqlar apara bilər".
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.
“Ola bilər ki, Maduro ilə bəzi danışıqlarımız olsun və nə baş verəcəyini görək”, – Amerika lideri bildirib.
Onun sözlərinə görə, Venesuela tərəfi Vaşinqtonla danışıqlar aparmaq istəyər.
Qeyd edək ki, ABŞ-ın "Gerald R. Ford" təyyarədaşıyan gəmisi Venesuela ilə gərginliyin artması fonunda dünən Karib hövzəsinə gəlib. Döyüş gəmisi onlarla taktiki təyyarə daşıyır.
Noyabrın 15-də Maduro ABŞ vətəndaşlarına müraciət edərək, Karib hövzəsində müharibənin qarşısını almağa çağırıb. O, potensial silahlı münaqişəni bütün Amerika üçün “faciə” adlandırıb və Vaşinqtonun hərəkətlərinin “bütün bəşəriyyətə” qarşı yönəldiyi fikrini bildirib.
Hüseyn İbadlı
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































