ABŞ
Cinayətkar 34 il sonra yaxalandı - Sevgilisinin rəfiqəsini...
ABŞ-ın Nyu-Hempşir ştatında Darrell Lavoie adlı peşəkar fotoqraf 34 il əvvəl baş vermiş zorlamaya görə həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə WMUR məlumat yayıb.
İstintaqın versiyasına görə, 1991-ci ilin noyabrında Lavoie o vaxtkı sevgilisinin rəfiqəsinin evinə girərək gizlənib. Qız otağa daxil olan kimi o, üzərinə hücum edib, gözlərini bağlayaraq bıçaqla hədələyib və zorlayıb.
Cinayətkar evdən çıxdıqdan sonra qız baş verən hadisəni təsdiqləmək üçün xəstəxanaya gedib. O, həmçinin polisə müraciət edib, lakin təcavüzkarın üzünü görmədiyi üçün onun görünüşünü təsvir edə bilməyib. Bundan əlavə, qız başına gələnləri rəfiqəsinə də danışıb.
Bundan qısa müddət sonra Lavoie adlı kişinin sevgilisi onun çantasında yapışqan lent, bıçaq, parça və balaklava bənzəri bir şey tapıb. O, sevgilisinin rəfiqəsinə hücum etdiyindən şübhələnib və bunu polisə bildirib. Polis Lavoie-dən DNT nümunələri verməsini istəyib, lakin o, imtina edib. İş dondurulub.
Polis 34 il sonra yenidən həmin kişiyə qarşı hərəkətə keçib. Buna müasir DNT müqayisə texnologiyaları kömək edib, Lavoie tutulub. O, özünü günahkar saymır.
Hüseyn İbadlı
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
































