ABŞ
Qrin istefa verdi, Tramp bunu "əla xəbər" adlandırdı
ABŞ Prezidenti Donald Tramp Respublikaçı Partiyasından olan Nümayəndələr Palatasının üzvü Marjori Teylor Qrinin Konqresdən istefa qərarını alqışlayıb.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "ABC News"a verdiyi müsahibədə bildirib.
"Düşünürəm ki, bu, ölkə üçün əla xəbərdir. Bu, möhtəşəmdir", - Amerika lideri deyib.
Tramp əlavə edib ki, Qrinin planları barədə əvvəlcədən məlumatı olmayıb. Prezident "onun xoşbəxt olmalı olduğunu" söyləyib.
21 noyabrda Qrin 2026-cı ilin yanvar ayının əvvəlində vəzifəsindən gedəcəyini açıqlayıb. O, bu qərarı Trampla münaqişə fonunda verib.
Xatırladaq ki, noyabrın 15-də Ağ Ev rəhbəri seçkilərdə Qrini dəstəkləmək niyyətində olmadığını açıqlayıb. Trampın sözlərinə görə, sorğu nəticələri göstərir ki, konqresmen Corciya qubernatoru və ya həmin ştatdan senator vəzifəsinə namizəd olsaydı, səslərin yalnız 12%-ni toplayardı. Qrinin istefa verməsini istəyən Tramp onu ölkəyə xəyanətdə ittiham etmiş və qurban imici yaratmağa çalışmaqda günahlandırmışdı.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
































