ABŞ
Vaşinqton Kiyevi HƏDƏLƏDİ - Zelenski yaxın günlərdə...
Birləşmiş Ştatlar Ukraynanı ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh sazişi ilə razılaşmağa məcbur etmək üçün “təhdidlərdən istifadə edir”.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
"Amerikalı rəsmilər NATO müttəfiqlərinə bildiriblər ki, onlar prezident Volodimir Zelenskini yaxın günlərdə sülh sazişi imzalamağa vadar etməyi gözləyirlər. Əks halda, əgər Kiyev bu sazişi imzalamasa, gələcəkdə onu daha da pis bir razılaşma gözləyir", - məqalədə deyilir.
Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət edərək bəyan edib ki, Ukrayna çətin seçim qarşısındadır: ləyaqətini itirmək və ya əsas tərəfdaşını itirmək.
O, həmçinin Ukraynadakı vəziyyəti həll etmək üçün ABŞ-ın planı üzərində işləməyə razılıq verib.
Hüseyn İbadlı
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
































