ABŞ
ABŞ Venesuelada gizli əməliyyatlara hazırlaşır
ABŞ Nikolas Maduronun hökumətini devirmək məqsədilə yaxın günlərdə Venesuelaya qarşı təzyiqin yeni mərhələsinə keçməyə, o cümlədən gizli əməliyyatlara başlamağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Trampın belə əməliyyatlara nə vaxt başlamaq və onların miqyasını hansı səviyyədə müəyyənləşdirmək barədə qərar verdiyi dəqiq bilinmir. Bununla belə, əməliyyatların “yaxın günlərdə” başlaya biləcəyi gözlənilir. ABŞ Venesuela hakimiyyətinə “təzyiqi artırmağa” çalışır.
Agentliyin mənbələri bildiriblər ki, nəzərdə tutulan gizli əməliyyatlar Venesuela Prezidentinə qarşı “yeni tədbirlər paketinin ilk mərhələsi” olacaq. “Digər məsələlərlə yanaşı, Maduronu devirməyə cəhd ehtimalı da müzakirə edilir”, – deyə məlumatda qeyd olunub.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
































