ABŞ
Ağ Evdə Ukraynaya görə qarşıdurma: Trampın ən yaxın iki adamı mübahisə edib
ABŞ-ın vitse-prezidenti Ci Di Vens və ABŞ dövlət katibi Marko Rubio Ukrayna sülh planı ilə bağlı mübahisə edib.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Nəşrin öyrəndiyi kimi, Vens əvvəlcə Ukrayna tərəfi üçün sərt planın tərəfdarı olub və hətta şərtləri ortaya qoyması üçün Vladimir Zelenskiyə zəng edib. Ağ Evin ikinci şəxsinin universitet dostu, ordu katibi Den Driskoll Kiyevə gedib və ABŞ-ın mövqeyini şəxsən Zelenskiyə çatdırıb.
“Rubio isə "ukraynalılarla razılaşma əldə edərək işləri yoluna qaytarmaq üçün çox çalışdı", eyni zamanda hər şeydən xəbərsiz olduğunu iddia etdi”, - məlumatda deyilir.
Dövlət katibi, hətta vurğulayıb ki, plan ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və onun rusiyalı həmkarı Kiril Dmitriev tərəfindən hazırlanıb. Diplomat daha sonra “X” səhifəsində planın ABŞ tərəfindən hazırlandığını təsdiqləyib.
Tural
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
































