ABŞ
Tramp Si Cinpinlə qarşılıqlı səfərlərin tarixlərini elan etdi
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
Ağ Ev rəhbəri geniş mövzuları, o cümlədən Rusiya-Ukrayna müharibəsini, fentanil, soya və digər kənd təsərrüfatı məhsulları və daha çox şeyləri müzakirə etdiklərini bildirib.
"Böyük fermerlərimiz üçün yaxşı və çox vacib bir müqavilə bağladıq və bu, daha da yaxşı olacaq. Çinlə münasibətlərimiz müstəsna dərəcədə güclüdür!", - ABŞ lideri qeyd edib.
Tramp Si Cinpinlə qarşılıqlı səfərlərin tarixlərini açıqlayıb:
"Prezident Si məni aprel ayında Pekinə səfərə dəvət etdi və mən də bunu qəbul etdim. O da ilin sonunda ABŞ-da dövlət səfəri ilə qonağım olacaq. Biz müntəzəm ünsiyyət qurmağın vacibliyi barədə razılığa gəldik və mən bunu səbirsizliklə gözləyirəm".
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
































