ABŞ
Trampın əfv edəcəyi hinduşkalar seçildi - FOTO
ABŞ vətəndaşları ABŞ Prezidenti Donald Trampın Şükran Günü üçün əfv edəcəyi iki hinduşkanı seçiblər.
Publika.az xəbər verir ki, Ağ Ev səsvermənin nəticələrini "X" sosial media səhifəsində paylaşıb.
Qobbl və Uoddl adlı hinduşkalar əfv ediləcək.
Məlumata görə, həmin quşlar Şimali Karolinanın Nahunta şəhərində yetişdirilib. Hinduşkalar Vaşinqtona çatanda onlara "Willard InterContinental" otelində "lüks bir qonaqlıq" verilib.
Əfv mərasimindən sonra quşlar Şimali Karolina Dövlət Universitetinin quşçuluq şöbəsinin himayəsində qalacaqlar.
Şükran Günündə ABŞ Prezidentinə hinduşka təqdim etmək ənənəsi 1947-ci ildə Milli Hinduşka Federasiyasının qurucusu Çarlz Vampler sayəsində yaranıb. O, dövlət başçısına - o vaxtkı prezident Harri Trumana (1945–1953) - hinduşka hədiyyə edib.
Rəsmi olaraq hinduşka əfv edən ilk ABŞ Prezidenti Ronald Reyqan (1981–1989) olub. Ancaq bu prosedur yalnız 1989-cu ildə Corc Herbert Volker Buşun (1989–1993) dövründə məcburi hala gəlib.
Ləman
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
































