ABŞ
Tramp Nobel Sülh Mükafatını Maçadodan qəbul etdi - FOTO/YENİLƏNDİ
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını Venesuela müxalifətinin lideri Mariya Korina Maçadodan qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Televiziya aparıcısı Bret Baierin sözlərinə görə, Maçado medalı Trampa təqdim etməkdə israr edib.
xxx
02:12
ABŞ Prezidenti Donald Tramp Nobel sülh mükafatı medalını alıb. Mükafatı ona Venesuela müxalifətinin lideri Mariya Korina Maçado təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Maçado bildirib ki, cümə axşamı keçirilən görüş zamanı Nobel Sülh Mükafatı medalını ABŞ Prezidenti Donald Trampa təqdim edib. O, Trampın mükafatı qəbul edib-etməməsi ilə bağlı jurnalistlərin suallarını cavabsız qoyub.
"The Washington Post" qəzetinin yazdığına görə, o, Trampın rəğbətini qazanmaq üçün bu "fövqəladə addımı" atıb.
Daha əvvəl bildirilirdi ki, Maçado və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez Trampın xeyrinə mübarizə aparırlar . Siyasətçilər "gözlənilməz adamı" Venesuelanın keçid dövrünə rəhbərlik etmək üçün doğru insanlar olduğuna inandırmağa çalışırlar.
Hüseyn İbadlı
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?














.jpg)










.jpg)









