ABŞ
Tramp Sülh Mükafatının həqiqi sahibi ola bilər? - Nobel Komitəsindən AÇIQLAMA/FOTO
Norveç Nobel Komitəsi Venesuela müxalifətnin lideri Mariya Korino Maçadonun Sülh Mükafatı medalını ABŞ Prezidenti Donald Trampa təhvil verməsinə reaksiya verib.
Publika.az xəbər verir ki, bu barədə komitə müvafiq açıqlama yayıb.
Təşkilat bildirib ki, Ağ Ev rəhbəri mükafatı heç bir dəyişiklik etmədən saxlaya bilər.
Xatırladaq ki, Komitə qalib elan edildikdən sonra mükafatın geri qaytarılmayacağını, başqasına ötürülə bilməyəcəyini və başqasına verilə bilməyəcəyini təsdiqləyib. Qeyd edilib ki, qalibin statusu daimi və dəyişməzdir.
"Medal əldən-ələ keçə bilər, lakin Nobel Sülh Mükafatı laureatı adı dəyişməz olaraq qalır", - komitə "X"də paylaşım edərək bildirib.
Yanvarın 16-da ABŞ prezidenti Donald Tramp Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşüb. Görüş zamanı Maçado ona Nobel Sülh Mükafatının medalını təqdim edərək bildirib ki, “200 ildən sonra Bolivarın övladları prezident Corc Vaşinqtonun varisinə Venesuelanın azadlığına göstərdiyi misilsiz sədaqətin tanınması əlaməti olaraq bu medalı qaytarırlar”.
Hüseyn İbadlı
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?














.jpg)










.jpg)









