ABŞ
ABŞ həmin təyyarəni SEPAH-ın təlim keçirdiyi əraziyə göndərdi
ABŞ-ın "P-8A Poseidon" sualtı qayıqlara qarşı müdafiə təyyarəsi Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlim keçirdiyi ərazi üzərində kəşfiyyat aparıb.
Publika.az xəbər verir ki, bunu "Flightradar24" servisinin məlumatları təsdiqləyir.
Məlumata görə, patrul təyyarəsi Bəhreyndəki "Şeyx İsa" avia-bazasından havaya qalxıb və bir neçə saat Hörmüz boğazı üzərində dövrə vurub. Bu zaman təyyarə kifayət qədər aşağı hündürlüyə - altı min metrə qədər enib.
İran Hörmüz boğazında mümkün hərbi əməliyyat ssenarilərini məşq edir. "Fars" agentliyinin məlumatına görə, təlimlər zamanı sualtı qayıqlar suüstü hədəflərə zərbə endirmək üzrə məşqlər keçir, həmçinin SEPAH dənizdən və qurudan radioelektron mübarizə vasitələrinə qarşı davamlı olan yeni raketlər buraxır.
Fevralın 17-də SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri bəyan edib ki, ehtiyac yaranarsa, İran ən qısa müddətdə Hörmüz boğazını bağlamağa hazırdır.
Fevralın 11-də isə "The Wall Street Journal" qəzeti yazmışdı ki, ABŞ Tehranı nüvə proqramı üzrə saziş bağlamağa məcbur etmək üçün İran neftini daşıyan tankerlərin ələ keçirilməsi imkanlarını nəzərdən keçirir.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır





































