Dünya
Əhməd əl-Şaraadan Nyu-Yorkda kreslo zarafatı: “Təvazökar olmağa çalışmıram” - VİDEO
Suriya prezidenti Əhməd əl-Şaraa Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində səfərdə olduğu Nyu-Yorkda Suriya icmasının nümayəndələri ilə görüşüb.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Şaraa görüş zamanı çıxışından əvvəl onun üçün hazırlanan kreslonun stulla əvəzlənməsini istəyib.
Bu addım iştirakçıların alqışına səbəb olub. Şaraanın hərəkəti əvvəlcə təvazökarlıq jesti kimi qiymətləndirilsə də, o, vəziyyətə zarafatla münasibət bildirib.
“Təvazökar olmağa çalışmıram, bunlar həqiqətən çox narahatdır”, - deyə Suriya lideri bildirib.
Onun bu sözləri salondakı qonaqların gülüşünə səbəb olub.
Müəllif: Roza
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi

































