ABŞ
Amerikalı jurnalist İsraildə saxlanılıb - Bu müsahibəyə görə...
Amerikalı jurnalist Taker Karlson və onun heyəti ABŞ səfiri Mayk Hakabi ilə müsahibədən sonra İsraildə saxlanılıblar.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Karlson düşmənçiliklə üzləşdiyini iddia edir. Jurnalist iddia edir ki, Hakabi ilə müsahibədən qısa müddət sonra İsrail rəsmiləri onun pasportunu müsadirə ediblər və icraçı prodüseri dindirmə otağına aparılıb.
Rəsmilər Karlsonun ABŞ səfiri ilə nələri müzakirə etdiyini öyrənməyə çalışıblar.
"Qəribə idi. Artıq ölkədən kənardayıq", - deyə jurnalist əlavə edib.
ABŞ-ın İsraildəki səfirliyinin sözçüsü Karlsonun saxlanılmasını təkzib edib və bildirib ki, o, "səfir Hakabi və digər diplomatlar da daxil olmaqla, İsrailə gələn saysız-hesabsız ziyarətçilər ölkədən müntəzəm giriş və çıxış zamanı eyni pasport nəzarəti suallarına məruz qalır".
Bundan əvvəl Karlson Amerika şəhərlərindəki iğtişaşların ABŞ-ın süqutunun başlanğıcını göstərə biləcəyini bildirmişdi. O, həmçinin İranla münaqişənin ABŞ administrasiyasının əsas məqsədi olduğunu açıqlamışdı.
Ləman
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır





































