ABŞ
Tramp müsəlmanları təbrik etdi
ABŞ prezidenti Donald Tramp Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarını təbrik edib.
Publika.az təbrik mətnini təqdim edir:
"Bu gün Ramazan ayının başlanmasını qeyd edən hər kəsi səmimi qəlbdən salamlayır və ən xoş, ən ülvi arzularımı çatdırıram. Ramazan ayı mənəvi yenilənmənin, dərin təfəkkürün və Uca Tanrının saysız-hesabsız nemətlərinə şükür etməyin müqəddəs zamanıdır. Bu ay insanları saf niyyətə, mərhəmətə və xeyirxahlığa səsləyir, ailə və icma bağlarını daha da möhkəmləndirir. ABŞ-də və dünyanın müxtəlif guşələrində milyonlarla insan üçün Ramazan dua və orucun ön plana çıxdığı, həmrəyliyin, şəfqətin, təvazökarlığın və qarşılıqlı hörmətin təcəssüm etdiyi bir dövrdür.
Allaha sərbəst şəkildə ibadət etmək hüququ millətimizin əsas dəyərlərindən biridir və rifahımızın, gücümüzün təməl sütunlarından hesab olunur. Administrasiyamız bütün vətəndaşların dinlərini maneəsiz yaşaya bilməsi, vicdanlarının səsinə uyğun hərəkət etməsi və ibadətlərini qorxu hissi olmadan yerinə yetirməsi üçün hər gün qətiyyətlə çalışır. Çünki dini azadlıq insanın inancını qürurla və təhlükəsiz şəkildə ifadə etmək haqqıdır. Bu mərhəmət və xoş niyyət mövsümündə hər birinizə evlərinizdə sevinc və huzur, ailələrinizə səadət, bütün dünyaya isə birlik və sülh arzulayıram".
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır






































