ABŞ
Bu ölkələr Qəzzaya 7 milyard dollar vəsait ayrıb - Tramp açıqladı
ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrin Qəzza zolağına 7 milyard dollar məbləğində yardım paketi ayırdığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Mən məmnuniyyətlə elan edirəm ki, Qazaxıstan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt birlikdə yardım üçün 7 milyard dollardan çox vəsait ayırıblar. Bu, möhtəşəmdir", — deyə Amerika lideri Sülh Şurasının ilk iclası çıxışı zamanı bildirib.
Tramp həmçinin qeyd edib ki, digər dövlətlər də öz töhfələrini verirlər, lakin konkret hansı ölkələr olduğunu dəqiqləşdirməyib.
İlk iclasın iştirakçıları arasında Azərbaycan, Türkiyə, Ermənistan, Misir, Pakistan, BƏƏ, Argentina, İndoneziya liderləri də daxil olmaqla, ümumilikdə 20-yə yaxın ölkə təmsil olunub.
Dəvət olunmuş Rusiya Prezidenti Vladimir Putin, habelə Belarus və Çin liderləri Aleksandr Lukaşenko və Si Cinpin görüşdə iştirak etməyiblər.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır














.jpg)























