ABŞ
Tokayev Trampla bağlı görün nə təklif etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Amerika lideri Donald Trampın adını daşıyan xüsusi mükafatın təsis edilməsini təklif edib.
Publika.az xəbər verir ki, dövlət başçısı bu barədə Ağ Evin "YouTube" kanalında yayımlanan Sülh Şurasının ilk iclasında açıqlama verib.
"Mən sülh quruculuğu sahəsindəki görkəmli səyləri və nailiyyətlərinin etirafı əlaməti olaraq, Sülh Şurasının Prezident Tramp adına xüsusi mükafatının təsis edilməsini təklif etmək istərdim", - deyə Qazaxıstan lideri bildirib.
Tokayev əlavə edib ki, Trampın rəhbərliyi altında Sülh Şurası öz missiyasını uğurla yerinə yetirə bilər.
Sülh Şurasının yaradılması təşəbbüsü ilə ABŞ Prezidenti Donald Tramp Qəzza zolağındakı vəziyyətin nizamlanması çərçivəsində çıxış edib. Sonradan məlum olub ki, yeni beynəlxalq qurumun səlahiyyətləri Fələstin eksklavının hüdudlarından kənara çıxacaq.
"Bloomberg" agentliyinə danışan yüksək rütbəli rəsmilərin bildirdiyinə görə, Amerika lideri BMT-yə rəqib yaratmağa çalışır.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır














.jpg)























