ABŞ
Tramp İrana 15 gün vaxt verdi
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla saziş bağlamaq üçün İrana maksimum 15 gün vaxt verməyə hazır olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, jurnalistlərlə "Air Force One" göyərtəsində keçirilən brifinqin qeydi "C-Span" portalında dərc olunub.
"Mən deyərdim ki, bu vaxt kifayət etməlidir, maksimum 10-15 gün", - deyə Tramp bildirib.
"CNN" telekanalının məlumatına görə, Tramp İrana qarşı mümkün zərbələrlə bağlı hələ yekun qərar verməyib. Mənbələrdən birinin sözlərinə görə, Tramp özəl söhbətlərində İslam Respublikasına zərbə endirilməsinin həm lehinə, həm də əleyhinə fikirlər səsləndirib, həmçinin müşavirlərinin və Vaşinqtonun müttəfiqlərinin rəyini öyrənib.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında Tehran, Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını aradan qaldırmaq üçün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini üçüncü tərəfə, məsələn, Rusiyaya göndərməyi təklif edib. Nəşrin yazdığına görə, İran tərəfi zənginləşdirməni üç ilə qədər müddətə dayandırmağa hazırdır. Lakin Tramp administrasiyası proqramın tamamilə dayandırılmasında israr edir.
Hüseyn İbadlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır














.jpg)























