ABŞ
Yer kürəsinə təhlükə yaradan kometləri araşdıran məşhur astrofizik güllələndi
Məşhur astrofizik Karl Qrillmeyr Kaliforniyanın Antelop Vadisində güllələnərək öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə Los-Anceles Şəhər Şerif Departamenti məlumat yayıb.
“Ölümcül silahla hücum barədə səhər saat 6:10-da 911-ə zəng gəlib. Şerif müavinləri hadisə yerinə gəliblər və evin eyvanında güllə yarası alan bir kişi tapıblar. Onun öldüyü elan edilib”, - məlumatda deyilir.
Mərhumun 67 yaşı var idi. İstintaq zamanı 29 yaşlı Freddi Snayder həbs edilib. Kaliforniya Texnologiya İnstitutunun sözçüsü təsdiqləyib ki, Qrillmeyr 40 ildən çoxdur qalaktik astronomiya ilə məşğul olub. O, universitetin NASA və Milli Elm Fondu ilə əməkdaşlıq edən İnfraqırmızı Emal və Təhlil Mərkəzində çalışıb.
Həmkarları onu Süd Yolunun quruluşu üzrə aparıcı mütəxəssislərdən biri hesab edirlər. Onun tədqiqatları ulduz axınlarına və qalaktikaların təkamülünə yönəlmişdi. 2007-ci ildə o, Günəş sistemindən kənarda uzaq bir planetdə suyun olması ilə bağlı bir məqalə dərc etdi. O, elmi nailiyyətlərinə görə bir neçə mükafat, o cümlədən NASA-nın “Şərəf Medalı”nı alıb.
Qrillmeyr Antilop Vadisinin ucqar bir hissəsində yaşayırdı və orada teleskopları olan ev rəsədxanası qurmuşdu. Öldürülən vaxtı Yer kürəsinə potensial təhlükə yarada biləcək kometləri və asteroidləri öyrənirdi.
Tural
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır














.jpg)























