ABŞ
Pentaqon rəhbəri yadplanetlilərin varlığından danışdı - “Görərik”
ABŞ-ın müharibə naziri Pit Heqset uçan naməlum obyektlər (UNO) və kosmik həyatla bağlı hökumət sənədlərinin məxfiliyinin ləğvi istiqamətində görülən işlərin gedişatı barədə danışıb.
Publika.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.
Heqset Kolorado ştatında iki aerokosmik şirkətə baş çəkdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. Digər suallarla yanaşı, ondan yadplanetlilər haqqında məlumatların açıqlanmasına görə məsuliyyət daşıdığını təsəvvür edib-etmədiyi soruşulub.
"Bu, qətiyyən mənim planlarımda yox idi", - deyə Pentaqon rəhbəri etiraf edib.
Şəxsən yadplanetlilərin varlığına inanıb-inanmadığı barədə suala Heqset "Görərik" cavabını verib. O əlavə edib ki, dərc olunmaq üçün hazırlanan materialları araşdırarkən həqiqəti özü də öyrənəcək. Onun sözlərinə görə, hələlik konkret müddət müəyyən edilməsə də, məlumatlar təqdim olunacaq.
Daha əvvəl Tramp bildirmişdi ki, yadplanetli həyatı və UNO-larla bağlı hökumət sənədlərinin açılmasını Heqsetə tapşıracaq. Onun sözlərinə görə, "olduqca mürəkkəb", lakin vacib və maraqlı məsələlərlə bağlı digər məlumatları ehtiva edən sənədlər də ictimaiyyətə açıqlanacaq.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”




































