ABŞ
Ukrayna buna inanmayana qədər sülh olmayacaq: ABŞ-dan sensasion etiraf gəldi
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov bildirib ki, Ukrayna sülh içində yaşaya biləcəyinə inanmayana qədər münaqişənin həlli barədə razılığa gəlinməyəcək.
Publika.az xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.
Uitkoff bildirib ki, "Ukrayna və onun xalqı diplomatik həll yolu tapılana, sülh içində yaşaya biləcəklərinə inanmayana qədər heç bir razılaşma olmayacaq. Bu, son nəticə - sülhün reallığı olmalıdır".
Onun sözlərinə görə, bunun üçün ABŞ və Avropadan "ciddi təhlükəsizlik protokolları" tələb olunacaq. Donald Trampın sözçüsü əmin edib ki, bununla bağlı işlər davam edir.
Qeyd edək ki, 17-18 fevral tarixlərində Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb. Rusiya prezidentinin köməkçisi Vladimir Medinski danışıqları "çətin, lakin işgüzar" adlandırıb, Zelenski isə atəşkəs mexanizmi ilə bağlı razılığa gəlindiyini bildirib.
Xatırladaq ki, "Bloomberg" bundan əvvəl Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqların növbəti mərhələsinin 4-5 mart tarixlərində keçirilə biləcəyini yazsa da, Kreml məlumatı təsdiqləməyib.
Adəm
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”




































