ABŞ
Tramp ABŞ hakimiyyət orqanlarına görün nəyi qadağan etdi
ABŞ Prezidenti Donald Tramp Pentaqon da daxil olmaqla, bütün ABŞ federal hakimiyyət orqanlarına süni intellekt (Sİ) sistemləri hazırlayan "Anthropic" şirkətinin texnologiyalarından istifadəni dayandırmağı əmr edib.
Publika.az xəbər verir ki, Tramp bunu sosial media platforması "Truth Social"da yazıb.
Bildirilib ki, bu şirkət "Pentaqona Konstitusiyaya deyil, xidmət şərtlərinə riayət etməyə təzyiq göstərməyə çalışaraq böyük bir səhv etdi".
Tramp əlavə edib ki, "Müxtəlif səviyyələrdə "Anthropic" məhsullarından istifadə edən qurumlar üçün altı aylıq keçid dövrü təmin ediləcək".
Xatırladaq ki, fevral ayında Pentaqon amerikalı milyarder İlon Maskın sünu intellekti "Grok"dan istifadə etmək üçün müqavilə imzalayıb. ABŞ Müharibə Nazirliyi "Anthropic"dən isə orduya məhdudiyyətsiz giriş imkanı verməsini tələb edib və əks halda şirkətin təchizat zəncirlərini pozmaqla hədələyib.
"Anthropic" isə süni intellektdən müharibə və ya nəzarət üçün istifadəyə qarşı çıxır.
Ləman
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”




































