ABŞ
Tramp əmindir: Bu ölkədə də hakimiyyəti dəyişəcək
ABŞ prezidenti Donald Tramp Kubada mümkün hakimiyyət dəyişikliyinə müsbət yanaşır, çünki o, Nikolas Maduronun oğurlanması ilə bağlı Venesuela təcrübəsinə və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyata güvənir.
Publika.az xəbər verir ki, bu barədə "Atlantic" qəzeti onun administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp növbəti hədəfinə - Kubaya göz dikib. "Prezident özünü 'Hər şey öz qaydasında gedir, hər şey işləyir' kimi hiss edir", - deyə hökumət rəsmisi jurnalistlərə bildirib.
Ağ Ev artıq 11 milyon əhalisi olan ada dövlətinin "dostcasına ələ keçirilməsinin" mümkün olduğunu açıq şəkildə bildirib. Tramp vurğulayıb ki, onun dövlət katibi Marko Rubio (Kuba əsilli) Vaşinqton və Havana arasında mümkün razılaşma ilə bağlı Kuba liderləri ilə yüksək səviyyəli danışıqlar aparır.
ABŞ lideri dəfələrlə adanın ağır iqtisadi vəziyyəti barədə danışaraq bildirib ki, "neft, pul, heç nə yoxdur". "Millət hazırda real çətinlik içindədir və onların bizim köməyimizə ehtiyacı var", - deyə Tramp bildirib. Fevralın sonlarında ABŞ-ın Kubaya qarşı neft blokadasını yumşaldacağı elan edildi.
Tural
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































