ABŞ
ABŞ-da qətliam: Üzərində İran bayrağı olan köynək geyinmiş şəxs 3 nəfəri öldürdü - FOTO
Ostində bir kişi atəş açaraq üç nəfəri öldürüb, 14 nəfəri yaralayıb. Polis silahlı şəxsi güllələyərək öldürüb.
Publika.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Ostin polis rəisi Liza Devis bildirib ki, kişi şəhər mərkəzindəki barın yanından bir neçə dəfə keçib. Daha sonra o, dayanıb və barın pəncərəsindən verandadakı və müəssisənin qarşısındakı insanlara atəş açmağa başlayıb.
Devisin sözlərinə görə, atəş açan şəxs daha sonra maşınını park edib və yoldan keçənlərə atəş açmağa başlayıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açaraq hücumçunu öldürüblər. FTB hadisəni terror aktı kimi təsnif etməyi istisna etmir.
Bir neçə hüquq-mühafizə orqanı mənbəyi “Fox News”a bildirib ki, şübhəli 53 yaşlı ABŞ vətəndaşı olub. Onlar bildiriblər ki, atəş açan şəxs üzərində "Allah" sözü yazılmış sviter və üzərində İran bayrağının təsviri olan köynək geyinib.

Tural
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































