ABŞ
ABŞ-da benzin bahalaşdı
Hörmüz boğazında gərginliyin artması fonunda ABŞ-da benzin bahalaşıb.
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, ölkədə benzin qiymətinin orta göstəricisi noyabrdan bəri ilk dəfə bir qallon (təxminən 3,8 litr) üçün 3 dolları keçib.
Qiymət artımı qlobal enerji bazarlarında dalğalanma ilə əlaqələndirilir. "Brent Crude Oil"in qiyməti bir barel üçün 80 dollara yaxınlaşıb və bu da yanacaq xərclərini artırıb.
ABŞ-da benzin qiymətlərinin artması aralıq seçkilər ərəfəsində Donald Tramp üçün siyasi çağırış sayılır. "Reuters"in sorğusuna əsasən, respondentlərin təxminən yarısı bildirib ki, neft və qaz qiymətləri artsa, İranla müharibəyə dəstək vermək ehtimalları azalacaq.
"Siebert Financial" şirkətinin baş investisiya direktoru Mark Malek deyib: “Benzin qiyməti ABŞ-da psixoloji baxımdan böyük təsirə malikdir. Çünki bu, istehlakçıların hər gün gördüyü inflyasiyadır”.
ABŞ-ın bəzi ştatlarında qiymətlər milli orta göstəricidən xeyli yüksəkdir və artımın davam edə biləcəyi istisna edilmir.
-
Avropa14:31Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi




































