ABŞ
Tramp açıqladı: İranla mümkün saziş baş tutarsa...
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə oluna biləcək yeni saziş əvvəlki razılaşmalardan daha effektiv olacaq.
Publika.az xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, əvvəlki İran nüvə sazişi Barak Obama və Co Bayden administrasiyaları dövründə imzalanmış və ABŞ-nin təhlükəsizliyi baxımından “ən pis sövdələşmələrdən biri” olub.
Trampın sözlərinə görə, həmin razılaşma İranın nüvə silahına sahib olmasına zəmanətli yol açırdı. O iddia edib ki, saziş çərçivəsində İrana böyük həcmdə maliyyə vəsaiti ayrılıb, o cümlədən 1,7 milyard dollar nağd vəsait təyyarə ilə göndərilib.
ABŞ Prezidenti vurğulayıb ki, onun təşəbbüsü ilə əldə ediləcək yeni razılaşma təkcə İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropa və ABŞ üçün sülh, təhlükəsizlik və sabitliyə xidmət edəcək. “Əgər belə bir saziş baş tutarsa, bu, dünyanın fəxr edəcəyi bir nəticə olacaq və uzun illər davam edən uğursuz siyasətin əvəzini çıxacaq”, – deyə o əlavə edib.
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ


















.jpg)

.jpg)













.jpg)