Bolsonaro ABŞ-a getdi, özünü Braziliyanın seçilmiş prezidenti elan etdi - Trampdan reaksiya
Bizi izləyin

Dünya

Bolsonaro ABŞ-a getdi, özünü Braziliyanın seçilmiş prezidenti elan etdi - Trampdan reaksiya

Bolsonaro ABŞ-a getdi, özünü Braziliyanın seçilmiş prezidenti elan etdi - Trampdan reaksiya

Braziliyada prezident seçkilərində məğlub olan Flaviu Bolsonaro nəticələri tanımadığını və siyasi mübarizəni xaricdən davam etdirəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Bolsonaro oktyabrın 28-də həyat yoldaşı və iki qızı ilə birlikdə ABŞ-ın Mayami şəhərinə gəlib. O, seçkilərin saxtalaşdırıldığını iddia etsə də, bu barədə hər hansı sübut təqdim etməyib.

ABŞ Prezidenti Donald Tramp Bolsonaronun ölkəyə girişinə icazə verildiyini təsdiqləyib. O, Braziliyada keçirilən seçkiləri “çox qəribə” adlandırsa da, nəticələrlə bağlı mövqe tutmadığını və vəziyyətə müdaxilə etməyəcəyini bildirib.

Braziliya mediasının məlumatına görə, Bolsonaro məhkəmənin ölkəni tərk etməməsi və Braziliya ilə İtaliya pasportlarını təhvil verməsi barədə qərarından sonra ölkədən gedib. Braziliya Ali Məhkəməsinin hakimi Flaviu Dinu onun seçki kampaniyasının mümkün xarici maliyyələşdirilməsi ilə bağlı araşdırmaya başlanılması barədə qərar qəbul edib.

Qeyd edək ki, oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva qalib gəlib. Braziliyanın siyasi partiyaları, o cümlədən Bolsonaronun namizədliyini irəli sürən Liberal Partiya seçkilərin nəticələrini tanıyıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm