ABŞ
ABŞ bazarı sakitləşdirmək üçün hərəkətə keçdi - Strateji ehtiyatların “ağzı” açılır
ABŞ-ın Energetika Nazirliyi strateji neft ehtiyatından 40 milyon barrel neft buraxmaq niyyətində olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.
Nazirliyin tender sənədində bildirilir ki, ABŞ Energetika Nazirliyi yanında Strateji Neft Ehtiyatlarının Layihələrinin İdarə Edilməsi İdarəsi (SPRPMO) 40 milyon barrelə qədər xam neftin mübadiləsi (borc verilməsi) üçün müraciətlərin qəbulunu elan edir.
Sənədə əsasən, neft mübadiləsində maraqlı olan şirkətlərdən müraciətlər oktyabrın 6-dək qəbul edilir. Tədarüklər 2026-cı ilin noyabr-dekabr ayları ərzində Texasdakı “Bryan Mound” və “Big Hill” saxlanc yerlərindən – hər birindən 20 milyon barrel olmaqla həyata keçiriləcək. Neftin ehtiyata qaytarılması 2027-ci ilin iyulundan 2029-cu ilin dekabrınadək nəzərdə tutulub.
Mart ayında ABŞ hakimiyyəti planlaşdırılan 172 milyon barrel neftdən ilk 42,5 milyon barrel nefti strateji ehtiyatdan Amerika neft şirkətlərinə vermişdi. Beləliklə, Birləşmiş Ştatlar ehtiyatdan 42 milyon 500 min barrel həcmində neftin çıxarılmasının birinci mərhələsinə başlayıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































