ABŞ
Trampın təyyarəsində daha bir mediaya qadağa
ABŞ prezidenti Donald Trampın administrasiyası “Politico” qəzetinin jurnalistlərinin prezident təyyarəsi “Air Force One”a (bir nömrəli hökumət təyyarəsi) buraxılmasına icazə verməyib.
Publika.az CNN-ə istinadən xəbər verir ki, “Politico” əməkdaşları bazar ertəsi Trampı səfər zamanı müşayiət edən jurnalistlər qrupuna daxil edilməyib. Bu səbəbdən nəşr Ağ Evin jurnalistlər birliyi qarşısındakı öhdəliklərini yerinə yetirə bilməyəcək.
“Politico”nun nümayəndəsi də qəzet jurnalistlərinin prezident səfərlərini işıqlandırmağa icazə verilən media qrupuna daxil olmadığını təsdiqləyib.
Qeyd edək ki, sentyabrın 26-da “The New York Times” ABŞ-ın dörd böyük televiziya kanalının Trampın iştirakı ilə keçirilən tədbirləri yenidən işıqlandırmağa başlayacağını yazıb.
Bundan əvvəl ABC, CBS, CNN, "Fox News" və NBC telekanalları Ağ Evin media birliyində iştirakdan imtina etmişdi. Buna səbəb Tramp administrasiyasının CNN, MS NOW və “Politico”nun Ağ Evdə fəaliyyətinə çıxışı məhdudlaşdırması olmuşdu.
Müəllif: Adəm
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




















.jpg)
















