ABŞ
Keçmiş gəlin gözdən düşüb: ABŞ-ın Afinadakı səfiri Trampın başına bəla olub
Afina hökuməti ABŞ prezidenti Donald Trampın bağladığı qapıları açmağa çalışarkən, Vaşinqtondan yeni bir böhran xəbəri gəldi.
Publika.az xəbər verir ki, Trampın oğlu Donald Trampın keçmiş nişanlısı və ABŞ-ın Afinadakı səfiri Kimberli Qillfoyl bir sıra qalmaqallardan sonra vəzifəsindən azad edilə bilər.
“Associated Press” (AP) agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Tramp və dövlət katibi Marko Rubio Qillfoyla qarşı irəli sürülən ittihamlardan qəzəbləniblər. Səfirin vəzifəsində qalıb-qalmayacağı ilə bağlı qərarın bu həftə veriləcəyi gözlənilir.
Kimberliyə qarşı irəli sürülən ittihamlar arasında Yunanıstanın energetika nazirinə şam yeməyində ABŞ-ın Rumıniya hökumətini devirdiyi və istəsə Yunanıstanda da eyni şeyi edə biləcəyi iddiası da var. Həmçinin iddia edilir ki, səfir uyğunsuz hədiyyələr qəbul edib və administrasiya daxilindəki təsirindən istifadə edərək donordan 100.000 dollarlıq kredit kartı borcunu ödəməsini xahiş edib.
İddialar ara seçkilər öncəsi respublikaçılara təzyiqi artıra biləcək mübahisəli bir məsələyə çevrilib.
Müəllif: Tural
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir”
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq




































