Maskdan 366 milyon dollarlıq siyasi gediş - ABŞ-da seçki savaşı qızışır
Bizi izləyin

ABŞ

Maskdan 366 milyon dollarlıq siyasi gediş - ABŞ-da seçki savaşı qızışır

Maskdan 366 milyon dollarlıq siyasi gediş - ABŞ-da seçki savaşı qızışır

Amerikalı sahibkar İlon Mask ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasını dəstəkləyən fondlara rekord məbləğdə - 366 milyon dollar vəsait ayırıb. Maliyyə dəstəyi Respublikaçıların Nümayəndələr Palatası və Senatda nəzarəti qoruyub saxlamasına yönəlmiş genişmiqyaslı kampaniyanın maliyyələşdirilməsinə xidmət edir.

Publika.az xəbər verir ki, Maskın ayırdığı vəsait onun nəzarətində olan siyasi fəaliyyət komitələri (Super PAC) vasitəsilə bölüşdürülüb. Pullar seçki nəticələrinin həlledici ola biləcəyi dairələrdə təşviqat kampaniyalarının aparılmasına və namizədlərin mediada tanıdılmasına yönəldilib.

Maliyyələşdirmənin əsas məqsədlərindən biri texnologiya sektorunda dövlət tənzimləmələrinin azaldılmasını, kosmik proqramların inkişafını və dövlət xərclərinin ixtisarını dəstəkləyən namizədlərə yardım etməkdir.

Demokratlar Partiyası isə bu maliyyə dəstəyini kəskin tənqid edərək, onun seçki prosesinə oliqarxik təsir göstərmək cəhdi olduğunu bildirib.

Siyasi ekspertlərin fikrincə, bir dəfəyə bu qədər böyük məbləğin ayrılması “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı ABŞ-ın müasir siyasi tarixində ən nüfuzlu fərdi maliyyə dəstəkçilərindən birinə çevirir.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm