ABŞ
İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hərbi əməliyyatın vaxtı ilə bağlı məlumatların mediaya sızdırıldığını və buna görə B-2 bombardmançılarının hücumunun təxirə salındığını bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə Arizona ştatında keçirilən seçki mitinqində danışıb.
Prezidentin sözlərinə görə, hücum üçün havaya qalxmağa hazırlaşan B-2 bombardmançıları barədə məlumatlar CNN və “The New York Times” kimi media qurumlarına sızdırılıb. Beləliklə, İran tərəfi də bu məlumatlardan xəbər tutub.
Tramp məlumatı sızdıran şəxslərin ağır cəzalandırılmalı olduğunu vurğulayıb. O, həmin şəxslərin həbsə göndərilməli və ömürlük azadlıqdan məhrum edilməli olduğunu deyib.
"Mənim fikrimcə, onları güllələmək lazımdır”, - deyə ABŞ lideri bildirib.
Trampın açıqlamasına görə, bombardmançı təyyarələrin Missuri ştatından hücum günü saat 12:07-də havaya qalxması planlaşdırılıb. Lakin əməliyyat həmin gün ləğv edilib və iki gün sonra həyata keçirilib.
ABŞ Prezidenti hərbi məlumatların mediaya sızdırılmasının ölkənin milli təhlükəsizliyini təhlükə altına qoyduğunu qeyd edib.
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər















.jpg)























