Azərbaycan İslam ölkələrinin Beynəlxalq Mədəniyyət festivalında təmsil olunur
Bizi izləyin

Art

Azərbaycan İslam ölkələrinin Beynəlxalq Mədəniyyət festivalında təmsil olunur

5-9 fevral 2019-cu il tarixində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində İslam Ölkələrinin Beynəlxalq Mədəniyyət festivalı keçirilir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində Xalq artisti Simarə İmanova və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iştirak edir.

5 fevral tarixində Qahirə Opera Teatrında “Bir millət, mədəniyyətlərin müxtəlifliyi” şüarı altında sözügedən festivalın təntənəli açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq artisti Simarə İmanovanın çıxışları tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Məlumat üçün bildiririk ki, festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı 23-ə yaxın islam ölkələrinin folklor musiqi kollektivləri çıxış edirlər.

Qeyd edək ki, fevralın 9-dək davam edəcək Beynəlxalq Mədəniyyət Festivalı çərçivəsində müxtəlif mədəni və bədii tədbirlər, elmi seminarlar və müxtəlif islam təşkilatlarının təqdimatları keçiriləcək. Həmçinin, festivalda bir sıra beynəlxalq islam təsisatları, o cümlədən Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı və s. təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm