Art
Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi keçiriləcək
Respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilmişdir.
Publika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil edilmişdir. Kollektivlərin qiymətləndirilməsi məqsədilə nazirliyin əməkdaşları, həmçinin respublikanın tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirilmişdir. Seçim mərhələlərində uğurla çıxış etmiş kollektivlər cari ilin 1 noyabr tarixində Bakı şəhərində təşkil ediləcək bağlanış mərasiminə dəvət edilmişlər.
2019-cu ilin 1 noyabr tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bağlanış mərasimi keçiriləcəkdir. Tədbirdən öncə, saat 10:00-11:00-da kollektivlərin Azərbaycan Dövlət Kukla Teatrından başlayaraq Nizami küçəsindən keçməklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrınadək keçidi (parad) olacaqdır.
Bağlanış mərasimində “Qarabağ” folklor kollektivi (Ağcabədi rayonu), “Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri), “Dastan aşıqları” ansamblı (Ağstafa rayonu), “Nənələr” folklor xalq kollektivi (Lənkəran şəhəri), “Buta” uşaq folklor ansamblı (Lənkəran şəhəri), “Halay” xalq kollektivi (Masallı rayonu), “Çıraqqala” zurnaçılar xalq kollektivi (Şabran rayonu), “Mel” folklor kollektivi (Qusar rayonu), “Assa” folklor rəqs qrupu (Qusar rayonu), “Oğuzlar” folklor kollektivi (Bakı şəhəri), “Şirvan” folklor xalq kollektivi (Şamaxı rayonu), “Buta” rəqs kollektivi (Şamaxı rayonu), “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu), “Maral oyunu” folklor kollektivi (Kəlbəcər rayonu), “Adıgün” xalq folklor kollektivi (Saatlı rayonu), “Rəfti - Uzunömürlülər” xalq kollektivi (Lerik rayonu), “Abay” folklor kollektivi (Şəki şəhəri), “Mehriban bacılar” folklor kollektivi (Balakən rayonu), “Nənələr” folklor kollektivi (Balakən), “Şahinlər” folklor rəqs kollektivi (Sumqayıt şəhəri), “Qobustan aşıqları” ansamblı (Qobustan rayonu) çıxışlar edəcəklər.
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO








.jpg)






.jpg)





















