Art
İstiqlal Muzeyində “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı sərgi açıldı - FOTO
Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində Qanlı Yanvar faciəsinə həsr olunan “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı tədbir-sərgi keçirilib.
Publika.az xəbər verir ki, muzeydə Xalq rəssamı Əşrəf Heybətovun və Əməkdar incəsənət xadimi Sara Namitokova-Manafovanın incəsənət əsərləri, 50-yə yaxın 20 yanvar gecəsi sovet ordusu tərəfindən dinc, əliyalın əhaliyə qarşı törədilən vəhşilikləri, kütləvi qırğınları əks etdirən fotoşəkillər nümayiş olunub.
Ekspozisiyada Tahir Cəfərov, Sənan Ələsgərov, Rauf Umud, Oleq Litvin, Asim Talıbov kimi tanınmış fotoqrafların fotolarından da istifadə edilib.
Sərgidə tamaşaçılar İstiqlal Muzeyinin fondlarında qorunub saxlanılan 20 Yanvar şəhidlərinin 60-a yaxın şəxsi əşyaları ilə də tanış olublar.
Eyni zamanda, Mədəniyyət naziri Əbülfəs Qarayevin layihə rəhbəri olduğu İstiqlal Muzeyinin kolleksiyasından hazırlanan “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı albomun təqdimatı olub.
Tədbirdə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, İstiqlal Muzeyinin müvəqqəti icraçı direktoru Sədi Mirseyibli, 20 Yanvar şəhidi Ağabəy Novruzovun atası Oktay Novruzov, 20 Yanvar şəhidi Azər Ələkbərovun bacısı Səda Ələkbərova, 20 Yanvar şəhidi İlham Allahverdiyevin bacısı oğlu Emil Əliyev və başqaları 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söyləyiblər.
-
İKT20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama






.jpg)



.jpg)

























.jpg)

