Art
İlham Əliyevin “Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib.
Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir.
Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.
İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ilin dekabrın 2-də Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu təşəbbüsləri irəli sürülüb.
2009-cu ildə "Bakı – İslam mədəniyyəti paytaxtı" ili çərçivəsində müsəlman və Avropa ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi “Bakı Prosesi”nin inkişaf etdirilməsinə töhfə olubr. 2011-ci ildən etibarən isə Bakı şəhərində hər iki ildən bir Azərbaycan Respublikası Prezidentinin himayəsi altında, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilir. Həmçinin Azərbaycan və Rusiya dövlət başçılarının himayəsi ilə Bakı Beynəlxalq Humanitar Forumları təşkil olunur. Bundan əlavə, 2016-cı ilin aprelində Azərbaycan paytaxtı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib.
Bu vaxta kimi beş dəfə təşkil olunmuş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və altı dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumlarında 180-dən çox ölkədən və 40-dan çox beynəlxalq təşkilatdan ümumilikdə 20 mindən çox xarici nümayəndə –dövlət və hökumət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, diplomatlar, mədəniyyət, təhsil və elm xadimləri, qlobal biznes və media strukturlarının təmsilçiləri, gənclər və s. kateqoriyada insanlar iştirak edib. “Bakı Prosesi” çərçivəsində forumlarda ümumilikdə 250-dən çox tədbir və layihə həyata keçirilib.
Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətləarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan etmişdir. 2017-ci ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Televiziyası tərəfindən canlı yayımlanır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunda təmsil olunan təşkilatların və beyin mərkəzlərinin nümayəndələrinə ötən illər ərzində bu təşəbbüsün qlobal platformaya çevrilməsində göstərdikləri səylərə görə təşəkkürünü bildirir, eyni zamanda ölkə başçısının “Bakı Prosesi” qlobal ideyasının gerçəkləşməsinə və əlaqələndirməsinə məsul qurum olması ilə qürur duyur.
Əlamətdar ildönümü münasibətilə “Bakı Prosesi” haqqında qısa videoçarxı təqdim edirik.
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 7 Oktyabr 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin27 Oktyabr 18:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO