Art
Baba Vəziroğlu: "Vaqifin ruhu o günün intizarındadır"
"Qarabağı düşmən tapdağından azad etmişiksə, ən gözəl ənənələr davam etdirilməlidir. Şuşada keçirilən əlamətdar hadisələrdən biri də Vaqif poeziya günləri idi. Hələ Sovet hökumətinin kəshakəs vaxtında biz bu bayramları böyük təntənə və coşğu ilə qeyd etmişik. O tədbirlərdə bir neçə dəfə iştirak etmişdim. Poeziya günləri Azərbaycan mədəniyyətinin bir bayramı səviyyəsində keçirilidi. Təsəvvür edin ki, senzuranın və sərt qadağaların olduğu bir dövrdə ulu öndərin iradəsi və qüdrəti sayəsində biz “Vaqif peziya günləri”ni keçirirdik".
Bu sözləri Publika.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.
O, bildirib ki, çiçəklənən Şuşada “Vaqif peziya günləri”nin keçirilməsi əlamətdar hadisə olacaq:
"İndi biz azad cəmiyyəti, azad Yazıçılar Birliyinin azad üzvləri, azad oxucuları olan və azadlıq ovqatında yaşayan bir məmləkətik. Təbii ki, indi o bayramlar daha qürurlu qeyd olunacaq. Artıq biz qalib xalq və qalib xalqın qalib şair və yazıçılarıyıq. O qədər dindar və fundamentalist deyiləm, amma dəqiq bilirəm ki, Qarabağın görkəmli şəxsiyyətlərinin ruhu şaddır. Ruh cism deyil ki, yox olsun, o yaşayır. Vaqifin ruhu rahatdır, həm də Azərbaycan şair və yazarlarının yenidən Şuşaya ayaq basacağı günün intizarındadır. “Vaqif poeziya günləri”ndə Cənab prezidentin də iştirakı arzuolunandır. İnanıram ki, həm Azərbaycanın Ali Baş Komandanı kimi, həm də dünya miqyasında tanınan, öz iradəsi və ağır çəkisi olan lider kimi özü də bu tədbirlərdə iştirak edəcək”.
Baba Vəziroğlunun sözlərinə görə, “Vaqif poeziya günləri” gənclərin ədəbiyyata marağın artmasına və poeziyanın çiçəklənməsinə böyük töhfə verəcək:
“Müəyyən bir mərhələdən sonra insanlar çəkdikləri zəhmətin bəhrəsini görməlidir ki, bu, gələcəkdə işlərini qurmağa və uğur qazanmağa stimul versin. Sadəcə sənət bayramları deyil, bütün bayramların mahiyyəti bundan ibarətdir. Gənc yazıçı və şairlər belə bayramlardan ilhamlanacaq və yaradıcılıqla daha həvəslə məşğul olacaqlar. Bayramlar xalqın mədəniyyət göstəricisi və sərgisidir. Göstəririk ki, biz mədəni, qədim, eyni zamanda ənənələri və zəngin ədəbi sərvəti olan bir xalqıq. Azərbaycan hər zaman sənət beşiyi, poeziya məbədi və mədəniyyət mərkəzi olub.
Mədəniyyəti olmayanlar yalandan tarix quraşdırıb mədəniyyət yaratmağa çalışır ki, guya qədim və mədəni xalqdır. Aydındır ki, kimin haqqında danışıram. Halbuki, onların nə qədimlikdən, nə də mədənilikdən xəbərləri yoxdur. Nə yaxşı ki, həyat bizə ulu öndər Heydər Əliyev və onun davamçısı İlham Əliyev kimi liderlər bəxş etdi. Azərbaycan mədəniyyətinin dünyaya və özümüzə təqdimatı və təbliğatı ulu öndərin dövründən başladı. Nəsimi və Füzulini bizə tanıtdı. Düyanın səcdə etdiyi filosof və şairi Azərbaycan xalqı tanımırdı. Onu ulu öndər Azərbayacana tanıtdı, dünya miqyasında simpoziumlar keçirdi, dəyərləndirdi. Tarixi konkret şəxsiyyətlər yaradır, nə yaxşı ki, də Azərbaycan ədəbiyyatını dünyaya təqdim edən liderlərimiz oldu”.
Şair bildirib ki, İlham Əliyevin xanımı Mehriban Əliyeva da onunla birlikdə çiyin-çiyinə çalışır:
“Mədəniyyət sahəsində görülən işlərin böyük məsuliyyəti Mehriban xanıma düşür. O, bütün bu işlərin öhdəsindən qəhrəmancasına gəlir. Əminəm ki, həm “Vaqif poeziya günləri”, həm də “Xarı Bülbül Festivalı” zəfərin təntənəsi kimi qeyd olunacaq. Xalqımız tək hərb meydanında qalib gəlmir, həm də mədəniyyət sferasında, dünyanın mədəni xalqları cərgəsində sözünü deyən məmləkətlərdən biridir”.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...