Nida Xəbər
Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
"Robert Koçaryan agent idi. Belə bir fakt da deyim ki, o bunun üçün xüsusi hazırlıq keçmişdi".
Publika.az xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O, Azərbaycan-Ermənistan nümayəndə heyətinin Ukraynada təşkil olunmuş qeyri-rəsmi görüşündən danışıb:
"Onda Koçaryan birdən yada salmağa başladı ki, o, vaxtilə üzgüçülüklə məşğul olub, tez-tez Qara dənizdə üzürmüş. Ondan soruşublar ki, nə əcəb Qara dəniz? Səbəb də bu imiş ki, orada su altında xüsusi təşkil olunmuş kurslar olub. Diversant kimi müxtəlif hazırlıq növlərinə cəlb olunub. O hətta kitabında da yazıb ki, Qarabağda hadisələr başlayanda artıq komsomolun iclaslarında yox, digər insanlarla görüşürdü. Xankəndidə xüsusi təşkilat komitəsi var idi. Müxtəlif yerlərdən gələn milis, KQB işçilərinin bir qismi guya günorta üsyanı yatırmaq üçün gəlmişdilər, axşamlar isə Koçaryanla, Quqasyanla görüşürlərmiş. Bunu Koçaryan özü yazır. Yəni ehtiyatda olan hazırlıqlı agent olub".
"Ter-Petrosyanın da parlaq keçmişi olmayıb. Onun atası Suriyada kommunist partiyasının təşkilatçılarından biri idi. Yəni biz görməliyik ki, onların siyasi elitası çox güclü şəkildə Rusiyanın təsiri altında idi", - deyə sabiq nazir əlavə edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
MDB09:20Kiçik uşaqları olanlara sosial güzəştlər olacaq: Qanun layihəsi təqdim olundu
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər

































.jpg)


