İdman
Bu rəqib o rəqiblərdən deyil: Dünya çempionu ilə oyunda "Qarabağ"ı nə gözləyir?
Azərbaycanın Avropa arenasındakı yeganə bayraqdarı olan “Qarabağ” Çempionlar Liqasında növbəti matçını keçirməyə hazırlaşır. Noyabrın 5-də təmsilçimiz 4-cü tur çəçivəsində “Çelsi”ni qəbul edəcək. İngiltərə nəhənginin təkcə adı kifayət edir ki, bu görüş haqqında müəyyən təsəvvürlər yaransın.
1905-ci ildə qurulan “Çelsi” İngiltərə futbolunun ən titullu klublarından biridir. London təmsilçisi Premyer Liqada 6, federasiya kubokunda 8, Liqa kubokunda 5 dəfə qalib olub. Komanda yaxın keçmişdə Avropada 2 dəfə UEFA Çempionlar Liqasının (2012, 2021) və Avropa Liqasının (2013, 2019), eləcə də 1 dəfə Konfrans Liqasının (2024) qalibi olub.
“Zadəganlar” bu yay ABŞ-də keçirilən yenilənmiş klublararası dünya çempionatının finalında ÇL-in son qalibi PSJ-i 3:0 hesabı ilə məğlub edərək tarixi titul əldə ediblər.

Enzo Mareskanın rəhbərlik etdiyi komanda cari mövsümdə Premyer Liqaya sabit çıxışla başlayıb. Noyabrın əvvəlinə olan vəziyyətə görə “Çelsi” turnir cədvəlində “ilk beşlik” uğrunda mübarizəsini davam etdirir. Komanda həm yerli, həm də beynəlxalq arenada yüksək tempdə çıxış edir.
UEFA Çempionlar Liqasının cari mövsümündə London klubu “Qarabağ”la birlikdə üç turdan sonra 6 xal toplayıb. “Çelsi” evdə iki qələbə qazanıb. “Mavilər” evdə “Ayaks”a 5:1, “Benfika”ya isə 1:0 hesabı ilə qalib gəlib. Yeganə məğlubiyyətini isə səfərdə “Bayern”dən alıb – 3:1.

“Çelsi” dünyanın ən dəyərli klublarından biridir və geniş heyətə sahib olması ilə tanınır. Komandanın liderləri sırasında Koul Palmer, Enzo Fernandes, Moyses Kaysedo, Rees Ceyms, Con Pedro və Mark Kukurella kimi futbolçular var. Bu oyunçular həm texniki, həm də fiziki hazırlıqları ilə Mareskanın oyun fəlsəfəsində əsas rol oynayır. Mövsümün əvvəlindən başlayan zədə epidemiyası baxımından vəziyyət nisbətən sabitləşib. Lakin komandanın lideri Palmer “Qarabağ”la matçda iştirak etməyəcək.
![]()
Mareska bu mövsüm ən çox rotasiya edən məşqçilərdən biridir. Komandanın iki bərabər güclü onbirliyi var, lakin üç gündən bir keçirilən oyunlar məşqçini çətin qərarlar verməyə məcbur edir. Bu rotasiya sayəsində “Çelsi” oyunlarda yüksək enerji saxlayır, amma bəzən uyğunluq problemi yaşayır.
“Qarabağ”la qarşılaşma London klubunun sıx təqvimdə fiziki dözümlülüyünü və oyun intizamını sınağa çəkəcək. İngilislərin məqsədi Bakıdan qələbə ilə dönmək və liderlər qrupunda mövqeyini yaxşılaşdırmaqdır. Lakin “Qarabağ”ın son illərdə Avropada nə qədər çətin rəqib olduğunu Mareska yaxşı anlayır. Komanda xüsusilə dogma meydanda azarkeşlərinin dəstəyi ilə sürprizlər reallaşdırır. Düzdür, bu dəfə nəyəsə ümid etmək, inamlı proqnoz vermək çətindir, amma gözlənti hər zaman var.

Sonda isə qeyd edək ki, bu komandalar Çempionlar Liqasında daha əvvəl 2 oyunda üz-üz gəliblər. Həmin görüşlər “Qarabağ”ın tarix yazaraq ilk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazandığı mövsümə təsadüf edib. Ağdam klubu qitənin bir nömrəli klub turnirində debütü məhz Londonda reallşadırmış və 0:6 hesabı ilə məğlub olmuşdu. Bakıda keçirilən matçda isə İngilərə nəhəngi 4 cavabsız qola sevinmişdi.
Heybət Məmmədov

-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək




































