Art
Bu təcrübəni Azərbaycana gətirmək istəyirik - Nazir
“Mədəniyyət Nazirliyində iki yeni şöbə yaradılıb. Bunlardan biri Yaradıcı sənayelər və rəqamsal inkişaf şöbəsidir. Adından da göründüyü kimi, bu, yeni yanaşma ilə bağlı formalaşdırılan strukturdur”.
Publika.az xəbər verir ki, bunu Report-a açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, yaradıcı sənaye hazırda dünyada çox inkişaf etmiş bir sahədir: “İstəyirik ki, bu təcrübəni Azərbaycana gətirək. Aparıcı ölkələrin bununla bağlı təcrübələrini də öyrənirik. Yaradıcı sənayelər ümumi daxili məhsulun artırılmasına, iqtisadiyyatın inkişafına böyük töhfə verə biləcək bir sahədir. Ona görə də istəyirik ki, bu sahəyə fokslanaq və fəaliyyətimizi bu sahədə inkişaf etdirək”.
Nazir bildirib ki, digər şöbə isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsidir: “Adından da göründüyü kimi, işimizi daha çox layihəyönümlü fəaliyyətə çevirmək istəyirik. Hər bir layihəyə investisiya qoyulan zaman onun konkret nəticələri nəzərdən keçiriləcək və qiymətləndiriləcək”.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO