Art
Azərbaycanda ilin ən çox satılan kitabı oldu - FOTO
Azərbaycanda ilin ən çox satılan kitabı 2019-cu ildə əfv fərmanı ilə azadlığa çıxmış N!DA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin həbsxanada yazdığı “Qaranlığın hekayəsi” olub.
Publika.az xəbər verir ki, bu barədə “Qanun” nəşriyyatının icraçı direktoru Şahbaz Xuduoğlu məlumat verib. O qeyd edib ki, İlkin Rüstəmzadənin bütün diqqəti kitablarını xaricdə nəşr etdirməyə fokuslanıb:
“Milli Kitab Sərgisində İlkin Rüstəmzadənin çıxışını heyranlıqla dinlədim. Destopiya janrında yazdığı ikinci “Quberniya” kitabını yenicə oxuyub bitirmişdim. Həbsdə olduğu həyatını və həyatları yazdığı “Qaranlığın hekayəsi” kitabının 1-ci tirajı dərhal bitdi, ikinci dəfə 2 min tirajla nəşr etdik.
Daim hərəkətdə, axtarışda. Usanmadan oxuyur, yazır, paylaşır. Sərgilərimizə qatılır, kitablarını imzalayır. Onu dinləyənlərə Kissincerin “Diplomatiya” əsərini danışır. Həbsdə bu əsəri 4 dəfə oxuyub. Axşamlar musiqilər dinləyir, rok, caz konsertlərinə gedir. Rəsm sərgilərini də qaçırmır. Bütün diqqəti kitablarını xaricdə nəşr etdirməyə fokuslanıb. Ona da nail olacaq. Çünki gerçək yazıçıdır. Həyatını yazan, özünü yazan və yazdıqları ilə nəfəs alan biridir.
Bu il ən çox satılan kitabların siyahısı qarşıma gələndə gördüm ki, ən çox onun kitabı satılıb. Təbrik edirəm, İlkin Rüstəmzadə!”

-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı











.jpg)







.jpg)





.png)














.jpg)