Art
“Start-2023” film müsabiqəsi: debütantlara yaşıl işıq
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Start-2023” adlı film layihəsi müsabiqəsi elan edib.
Kinostudiyadan Publika.az-a bildirilib ki, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq və bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunur. Film müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Müsabiqədə janr və mövzu məhdudiyyəti yoxdur.
Sənədlərin qəbulu noyabrın 1-dən yanvarın 31-dək elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır. Müsabiqənin reqlamenti ilə daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür: https://azerbaijanfilm.az/news/start-2023-film-lahiyesi-musabiqesinin-reqlamenti
Qeyd edək ki, qalibləri kinostudiya nəzdində yaradılmış ekspert şurası müəyyən edəcək və onların adları 2023-cü il aprelin əvvəlində elan olunacaq. Qalib layihələrin növbəti illər ərzində kinostudiyada istehsala buraxılması nəzərdə tutulur.
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO























.jpg)









.jpg)

