Art
"Bir gəncin iztirabları" tamaşasının premyeası keçiriləcək
24 Dekabr tarixində M Teatr shənəsində "Bir gəncin iztirabları" adlı xoreoqrafik mono tamaşanın premyerası keçiriləcək.
Publika.az xəbər verir ki, tamaşa rəqs və plastika dili ilə öz nakam sevgisini ifadə etməyə çalışan qəhrəmandan bəhs edir. Xalq artisti Vidadi Həsənovun quruluş verdiyi səhnə əsərini tanınmış xoreoqraf Fərid Kavakov canlandıracaq.
Məlumat üçün bildirək ki, Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunu, Moskva Beynəlxalq Xoreoqrafiya Müsabiqə-Festivalının ikiqat qalibi, Beynəlxalq Rəqs Olimpiadasının qalibi, Qəmər Almaszadə adına Balet Artistlərinin Müsabiqəsinin laureatı, Vaxtanq Çabukiani adına III Tbilisi Beynəlxalq Xoreoqrafiya Festivalının laureatı, “Yaradıcılıq Olimpində” – XX Beynəlxalq Yaradıcılıq Müsabiqə-Festivalının (Soçi, Rusiya) qalibi, "Rusiyada italyan gecələri" Beynəlxalq Müsabiqə-Festivalının əsas mükafatçısı, çoxqat Azərbaycan, Rusiya və Gürcüstan çempionudur. Hal-hazırda, Fərid, Moskvada “SanSara” Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının, eləcə də, Bakıda “Zabradance” Gimnastika və Rəqs Məktəbinin baş məşqçisidir. Fərid Kazakov Azərbaycanı Soçi şəhərində keçirilən Ümumdünya Gənclər və Tələbələr Festivalında təmsil edib.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO








































