Art
Nazirlik Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yaydı
Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb.
Publika.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzayev 29 oktyabr 2026-cı il tarixində, ömrünün 75-ci ilində vəfat edib.
Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar kəndində anadan olub.
Bakı Kitabxanaçılıq Texnikumunda təhsil alan Zaur Rzayevin musiqiyə olan həvəsi onu Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib. Sonralar Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal şöbəsinə qəbul olunub.
Müğənni gənc yaşlarından Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının solisti kimi fəaliyyət göstərib. Müxtəlif illərdə Azərbaycan Dövlət Mahnı Teatrında, eləcə də hərbi musiqi kollektivlərində çalışıb. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edən sənətkar hərbi-vətənpərvərlik ruhunun musiqi vasitəsilə təbliğinə mühüm töhfələr verib.
Zaur Rzayev özünəməxsus ifa tərzi, məlahətli səsi və zəngin repertuarı ilə Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutub. Xalq və bəstəkar mahnılarına, muğam və təsniflərə müraciət edən müğənni musiqisevərlərin dərin rəğbətini qazanıb.
Çoxillik səhnə fəaliyyəti ərzində Zaur Rzayev Azərbaycan musiqisini ölkəmizdə və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1998-ci ildə "Əməkdar artist", 2003-cü ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Müğənni eyni zamanda Dağıstan Respublikasının (RF) "Əməkdar incəsənət xadimi" və "Xalq artisti" fəxri adları ilə təltif olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Zaur Rzayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin"
Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Xalq artisti bu gün vəfat edib.
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi







.png)
.jpg)

























.jpg)
