İsrail Uzaq Şərqdə yaranar, Stalin və Hitler... - Makareviç HƏR ŞEYİ AÇIQLADI
Bizi izləyin

Avropa

İsrail Uzaq Şərqdə yaranar, Stalin və Hitler... - Makareviç HƏR ŞEYİ AÇIQLADI

Rusiya musiqiçisi, “Zaman maşını” qrupunun lideri Andrey Makareviç Feysbuk səhifəsində alternativ tarix üslubunda esseni dərc edib.

Publika.az xəbər verir ki, o, essedə “Əgər Hitler SSRİ-yə hücum etməsəydi və Stalinlə birləşsəydi, nə olardı” sualına cavab vermək istəyib.

Makareviç xatırladıb ki, Almaniya və SSRİ arasında bir-birinə hücum etməmək haqqında pakt var idi, bundan başqa, ölkələr iqtisadi-texniki əlaqələrə malik idi. Musiqiçi həmçinin qeyd etdi ki, German Herinq (Almaniyanın aviasiya naziri - red.) Voronejdə aviasiya məktəbində oxuyurdu. Makareviç hesab edir ki, bütün bunlar Hitleri Stalini onunla hərbi koalisiyaya girməyə və birlikdə “Böyük Britaniyanı dağıtmaq” üçün inandırmağa təhrik edərdi.

“Stalin aydındır ki, Şərqi Avropanın bir hissəsini özünə götürərdir”, - Makareviç yazıb.

O, həmçinin qeyd edib ki, Stalin və Hitlerin baxışlarda bir sıra məsələlərdə, həmçinin yəhudi məsələsində fərqlilik var idi.

“Amma Hitler yəhudu məsələsinin qəti həllini və onların Madaqaskara (Uzaq Şərq – red.) sürgün edilməsini istəyir. Qoy, Stalini orada özünə öz İsrailini yaratsın”, - musiqiçi qeyd edib.

Makareviçin fikrincə, Hitler-Stalin ittifaqı halında İngiltərəni təslim edər, Amerika SSRİ və Almaniyanı qorxutmaq məqsədi ilə Yaponiyaya iki nüvə bombası atardı. Onun düşündüyü ssenariyə görə, bundan sonra Almaniya və SSRİ ABŞ-la sülh müqaviləsini imzalayar, amma özlərinin nüvə silahını hazırlamaq barədə qərarını təkrar gözdən keçirərdilər. Musuquşu qeyd edir ki, dünya tamamilə başqa cür olardı:

“Con Lennon (britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar – red.) musiqiçi olmazdı, “Bitlzlər” yaranmazdı, musiqi inqilabı olmazdı, rok-nroll xüsusilə lokal Amerika hadisəsi olaraq qalardı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm