• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Britaniya şahzadələri Trampla görüşdən imtina etdilər

Britaniya şahzadələri Trampla görüşdən imtina etdilər

Şahzadə Çarlz və şahzadə Uilyam Böyük Britaniya Kraliçası II Elizabetlə ABŞ prezidenti Donald Trampın görüşünə qatılmaqdan imtina ediblər.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Times” qəzeti bildirib.

“Onlar (şahzadə Çarlz və şahzadə Uilyam) sadəcə, görüşdə olmaqdan imtina etdilər. Kraliçanın görüşdə tək olması son dərəcə qeyri-adi haldır. Onu adətən kimsə müşayiət edir”, - mənbələrdən biri deyib.

Qəzet yazır ki, kraliçanın Trampla görüşdüyü vaxt şahzadə Uilyam xeyriyyə kampaniyası çərçivəsində polo oynayırdı, şahzadə Çarlz isə Qlosterşir qraflığının polisi ilə bir tədbirdə iştirak edirdi.

Qeyd edək ki, kraliça və ABŞ prezidenti arasında görüş iyulun 13-də keçirilib. Tramp II Elizabetlə şəxsən görüşən ABŞ-ın 12-ci prezidenti oldu. Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidentini hələ 2017-ci ilin əvvəlində Vaşinqtona səfəri zamanı kraliça adından Londona dəvət etmişdi.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR