Avropa
Bu tarixdən polietilen torbaların istifadəsi QADAĞAN EDİLƏCƏK
Avstriyada 2020-ci ildən etibarın polietilen torbalardan istifadə olunmayacaq.
Publika.az xəbər verir ki, ölkədə plastik tullantıların azaldılması və ətraf mühitin qorunması məqsədi ilə polietilen torbaların istifadəsi qadağan ediləcək.
Bu barədə baş nazir Sebastiyan Kruz paytaxt Vyanada bəzi nazirlər, iş adamları və qeyri-hökumət təşkilatları sədrlərinin qatıldığı toplantıdan sonra təşkil edilən mətbuat konfransında informasiya verib.
Onun sözlərəinə görə, ölkədə “istifadə et, at” anlayışının qarşısı alınacaq.
Ekologiya və turizm naziri Yelizaveta Köstinqer isə bu addımın kiçik, lakin əhəmiyyətli olduğunu vurğulayıb. O, ölkə miqyasında təxminən, 400 milyon polietilen torbadan istifadə edildiyini, bunun toplamda 7 min ton plastik maddəyə bərabər olduğunu bildirib. Nazir deyib ki, bundan sonra qalıcı və təkrar istifadəyə yararlı torbalardan istifadə ediləcək.
Bu qərar ölkədə bəzi dairələri narahat edib. Pərakəndə market şəbəkələri hökumətə sərt reaksiya verib.
Qeyd edək ki, 1 yanvar 2019-cu il tarixindən Türkiyədə polietilen torbaların satışı ödənişli olub. Buna səbəb ətraf mühitin çirklənməsinin qarşısını almaqdır.
Zümrüd
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

