Avropa
SON DƏQİQƏ: Avropa ölkəsində DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi, 9 ölü, 600 yaralı - VİDEO - (YENİLƏNDİ)
Albaniyada meydana gələn güclü zəlzələ nəticəsində ölkənin Adriatik dənizi sahil zolağı boyunca yerləşən şəhərlərdə və paytaxt Tiranada ən azı 9 nəfər ölüb, 600 nəfər yaralanıb.
Publika.az “Qardiyan”a istinadən xəbər verir ki, bu barədə Albaniya Prezident Administrasiyasının mətbuat katibi Endri Fuqa danışıb.
Onun sözlərinə görə, 28 nəfər dağıntılar altından sağ çıxarılıb. Yaralıların hamısına tibbi yardım göstərilib.
Dağıntılar altında qalanları xilas etmək üçün Kosovo, İtaliya, Monteneqro və Yunanıstan fövqəladə hallar briqadalarını Albaniyaya yollayıb. ABŞ və Avropa İttifaqı yardıma hazır olduqlarını açıqlayıb.
Ölkə miqyasında məktəblər bağlanıb. Tirana Beynəlxalq Hava Limanının uçuşları müvəqqəti dayandırılıb.
***
10:46
Albaniyanın paytaxtı Tiranaya 34 km məsafədə baş verən zəlzələ nəticəsində 4 nəfər həlak olub, 200-dən çox yaralı var.
Publika.az xəbər verir ki, dağıntılar altında ən az 10 nəfərin qaldığı bildirilir.
***
Albaniya Müdafiə Nazirliyi zəlzələ ilə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, məlumatda 1 nəfərin yaşadığı təşviş nəticəsində özünü binadan atdığı və həlak olduğu bildirilib.
Səhiyyə Nazirliyi zəlzələ nəticəsində ən az 150 nəfərin xəsarət aldığını, 3 nəfərin öldüyünü açıqlayıb.
Seysmologiya Mərkəzinin məlumatında Yerli vaxtla saat 07:08-də Adriatik dənizi sahillərində baş verən zəlzələnin maqnitudası 6,3 göstərilib. Daha sonra bu rəqəm 5,4-lə əvəzlənib. Zəlzələdən sonra Adriatik və Aralıq dənizi sahillərində yerləşən ölkələr üçün sunami xəbərdarlığı verilib.
Təhsil, İdman və Gənclər Nazirliyi Tirana, Dıraç və Leş şəhərlərində bu gün tədrisin dayandırıldığını elan edib.
Güclü zəlzələdən sonra ölkə miqyasında elektrik enerjisinin verilməsində problemlər yaşanıb.
ABŞ Geoloji Tədqiqatlar Bürosunun məlumatına görə, şiddətli sarstınıları 8 min insan hiss edib. Zəlzələ 12 milyonun insanın gündəlik həyat tərzinə təsir göstərib.
***
Albaniyada güclü zəlzələ olub.
Publika.az xəbər verir ki, paytaxt Tirananın 34 km şimal-qərbində 6,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 03:54-də baş verən zəlzələ nəticəsində yüzlərlə nəfər xəsarət alıb. Bir nəfərin öldüyü bildirilir
Güclü təkan nəticəsində eləcə də çoxlu sayda yaşayış evlərinin dağıldığı qeyd edilir.
Bundan 9 dəqiqə sonra 5,3 bal gücündə daha bir zəlzələ olub.
Sarsıntılar Yunanıstan, İtaliya, Monteneqro, Bosniya və Hersoqovina, Şimali Makedoniya, Xorvatiya və Serbiyada hiss olunub.
Zümrüd,
Video: Sevinc Xanqızı
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu























.png)












.jpg)