Avropa
2 dünya müharibəsi və 2 pandemiyadan sağ çıxdı, koronaya da qalib gəldi - 103 yaşlı qadının hekayəsi
Belçikanın Ostend şəhərində yaşayan 103 yaşlı Oktavia de Trak adlı qadın 3 həftə əvvəl yoluxduğu koronavirusa qalib gələrək sağlamlığına qovuşub.
Publika.az xəbər verir ki, I Dünya müharibəsi zamanı dünyaya gələn qadın II Dünya müharibəsindən də sağ çıxmağı bacarıb.
O, yaşadığı yüzillikdə İspaniya və Meksika kimi epidemiyaları da görüb.
Bir müddət əvvəl evində yıxılan və ortopedik əməliyyat keçirən Trak daha sonra fizioterapiya almaq üçün xəstəxanaya müraciət edib. Məhz bu zaman onun koronavirusa yoluxduğu məlum olub.
Tibbi heyətə motivasiya verib
Kraliça Elizabet Xəstəxanasında xüsusi bölümdə müalicə alan yaşlı qadının sağalması tibbi heyətə böyük motivasiya qaynağı olub. Xəstəxananın müdiri Gerd Kallevaert mediaya açıqlamasında Oktavia de Trakın həyati mübarizə sərgilədiyini deyib. Həkimin sözlərinə görə, yaşlı qadın ona qulluq edən tibb işçilərini kosmonavta və pinqvinlərə bənzədib.
BBC-nin xəbərinə görə, uzun illər qulluq sektorunda işləyən belçikalı qadın həyatı boyunca 100-dən çox insana qan verib.
Zümrüd
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu


























.jpg)







.jpg)


