Avropa
Gələn ilin yayına qədər tədris distant üsulla olacaq - AÇIQLAMA
Dünyanın ən məşhur təhsil ocaqlarından biri olan Kembric Universiteti gələn il də dərsləri distant üsulla keçirəcək.
Publika.az xəbər verir ki, universitet yeni təhsil mövsümünü bu ilin oktyabr ayında açacaq, 2021-ci ilin yayına qədər davam etdirəcək.
Universitetdən məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, Böyük Britaniya hökuməti koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərdə dəyişiklik edərsə, distant təhsil qərarına yenidən baxılacaq.
Açıqlamada universitetin idarə heyətinin sosial məsafənin qorunması şərtilə kiçik qruplar şəklində dərs keçməyə icazə verə biləcəyi də qeyd olunub.
Qeyd edək ki, dünyanı cənginə alan yeni tip koronavirus pandemiyasına görə əksər təhsil qurumları distant formada tədris prosesinə keçib.
Zümrüd
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır

































